Sabunçu Rayon icra Hakimiyyətinin inzibati binasında “28 may-Respublika Günü”nə həsr olunmuş tədbir keçirilib.
Bu barədə məlumatı Sabunçu RiH yayıb.
Tədbirdə Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon icra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Avtandil Hüseynzadə, icra aparatının məsul işçiləri və icra nümayəndələri iştirak ediblər.
ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibətilə təbrik edib. A.Vəliyev şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğuladı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə millət vəkili Fazil Mustafa və 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov çıxış edərək Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olduğunu, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, milli ordu və təhlükəsizlik strukturları qurulduğunu vurğulayıblar.
Belediyye.info